Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən kriminal avtoritet Teyyub Paşayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, T.Paşayevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses iyulun 18-də davam etdiriləcək.
Qeyd edək ki, T.Paşayev ötən il sentyabrın 6-da qardaşı Seyyub Paşayevi odlu silahdan atəş açaraq qətlə yetirib. Hadisədən sonra T.Paşayev saxlanılaraq istintaq orqanına təhvil verilib.
Onu da qeyd edək ki, hadisə baş verən zaman mətbuatda yazılan məlumatlara görə, T.Paşayev kriminal aləmdə tanınmış şəxs olub. Məlumatlarda onun kriminal avtoritet Rövşən Lənkəranski ilə yaxın münasibətləri olduğu bildirilib.