Xəbər lenti

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında ədəbsiz jestinə görə cəzalandırıldı
İdman07:43 29.02.2024

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında ədəbsiz jestinə görə cəzalandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo komandasının ölkə çempionatında növbəti oyununu buraxacaq.
Qaynarinfo xəbər verir ki, Associated Press-in məlumatına görə, Səudiyyə Ərəbistanı Futbol Federasiyasının nizam-intizam komitəsi portuqaliyalını bir oyunluq cəzalandırıb.
39 yaşlı futbolçu "Əş-Şəbab"la oyunda (3:2) azarkeşlərə nalayiq jest etdiyi üçün belə cəza alıb. Azarkeşlər onu qıcıqlandıraraq: "Messi, Messi!" – deyə qışqırıb.
Ronaldo bu mövsüm bütün turnirlərdə "Əl-Nasr"ın heyətində 28 qol vurub və 11 məhsuldar ötürmə edib.
Futbolçu azarkeşlərə nalayiq jest etdiyinə görə özünə haqq qazandırıb.
Alpər