"Ən çox ağırlaşma və ölüm halları məhz yenidoğulma dövründə qeydə alınır”. 
	
 
Qaynarinfo "Report”a istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rahimov deyib. 
	
O qeyd edib ki, həmin müddət körpələrdə daha çox tənəffüs və ürək problemləri müşahidə olunur: "Bir körpə nəfəsalmada çətinlik yaşayırsa, bu, tənəffüs probleminin əlaməti ola bilər. Yenidoğulma zamanı sarılıq problemləri də müşahidə olunur. Qıcolma, göyərmə və sidiyə çıxmaması təhlükə mənbəyidir”.
             
            
Şərhlər