Xəbər lenti

KTMT-ni gücləndirmək nə deməkdir? KTMT Rusiyadır, Putindir - Xurşudyan
Siyasət14:33 12.01.2022

KTMT-ni gücləndirmək nə deməkdir? KTMT Rusiyadır, Putindir - Xurşudyan

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mən Ermənistanın Qazaxıstan hadisələrindən sonra ən çox uduzan ikinci ölkə olacağını deyənlərlə həmfikirəm”.
Qaynarinfo xəbər verir ki, bu fikirləri "Azad Vətəndaş” QHT-nin rəhbəri Hovsep Xurşudyan deyib.
O, Putinin Ermənistana qarşı mahiyyət etibarıyla hibrid diplomatiyadan istifadə etdiyini bildirib:
"Putin Türkiyəni Qərbdən qoparmaq, Qərblə Ərdoğan arasında münasibətləri gərginləşdirmək üçün əlindən gələn nəyi edirsə, indi də eyni şeyi edərək Ermənistanı Qərbdən uzaqlaşdırmağa çalışır. 
Bu gün görürük ki, Rusiya Türkiyədə öz vəsaitləri hesabına atom elektrik stansiyaları tikir, o ölkəyə ən müasir hərbi texnika verir, amma Ermənistan Rusiyanın dediklərini edir və bunun müqabilində heç nə almır. Yəni Ermənistan bu cür hərəkətlərə əl atmaqla Qərblə münasibətlərini korlayır, eyni zamanda qarşılığında heç nə almır.
Çünki Putin üçün Ermənistanın çəkisi və dəyəri yoxdur ki, Ermənistana hansısa üstünlüklər versin və Ermənistanın maraqlarına uyğun addımlar atsın. Lakin Rusiya bütün gücüylə çalışır ki, Ermənistanı Qərblə sıx münasibətlər qurmaq fikrindən uzaqlaşdırsın”.  
QHT rəhbəri Ermənistan hakimiyyətinin artıq Kremlin istənilən tapşırığını yerinə yetirməyə hazır olmasıyla bağlı Putini inandırdığını deyib:
"Ona görə də mən indiki hakimiyyəti öz tənəzzülü hesabına Rusiyanın imperiya planlarını itaətkarcasına, hətta tələsik həyata keçirməyə sövq edən obyektiv və rasional səbəbləri anlaya bilmirəm.
Bu gün hakimiyyət açıqlama verir ki, biz KTMT-nin imicini qaldırırıq. Söhbət KTMT-nin çəkisindən yox, KTMT-nin Ermənistana kömək etmədiyi halda texniki tənzimləmələrdən deyil, siyasi qərardan gedirdi. Məndə belə təəssürat yaranır ki, ya hakimiyyət bunu başa düşmür, ya da özlərini başa düşməmiş kimi göstərirlər. KTMT-ni gücləndirmək nə deməkdir? KTMT Rusiyadır, Putindir.
Yəni ki, əgər Putinin ehtiyacı olsa, o qaydalar mövcud olmasa belə, istənilən qərarı verəcək. İndi bilərəkdən o oyuna girməklə və deməklə ki, yaxşı, bizim məsələlərdə dəstək yoxdursa, gəlin KTMT-nin faktora çevrilməsi üçün presedentlər yaradaq və dəstək olaq, bəlkə bundan sonra KTMT Ermənistanın köməyinə gələr”.
Xurşudyan bunu primitiv yanaşma hesab edir:
"KTMT-nin gələcəkdə Ermənistana yardım edib-etməyəcəyinə onun sədaqətinə görə qərar verilməyəcək. Ermənistan 29 ildir Rusiyanın sadiq müttəfiqidir. Nəticələrini isə gördük. Nikol Paşinyanın Qazaxıstan hadisələri ilə bağlı göstərdiyi bu tələskənlik nə Ermənistanın reputasiyası, nə rolu, nə çəkisi, nə də sabah KTMT-nin lazım olanda köməyimizə gəlməsi ehtimalını artıracaq. KTMT-yə üzv olan türkdilli ölkələr Azərbaycana, ya Türkiyəyə qarşı bizim atacağımız addımlarda köməyimizə gələcəkmi? 
Təhlükə ondan ibarətdir ki, Qərb Ermənistanın maraqlarının müdafiəsi baxımından bizim regionda Rusiyaya qarşı əks-tarazlaşdırıcı rolunu zəiflədərsə, bu, Ermənistanın ərazi bütövlüyünün bərpası da daxil olmaqla, həqiqətən də Ermənistana böyük ziyan vuracaq. Mən hələ Azərbaycan-Naxçıvan dəhlizi, delimitasiya və s. ilə bağlı ola biləcək daha ciddi işlərdən danışmıram. İndi Ermənistan ifrata varanda, özünü tamamilə Putinin qucağına atanda özünün manevr etmə ehtimalını xeyli azaldır. 
Siz Ermənistanın Qazaxstan məsələsində hesablama apardığını deyirsiniz, sizcə, Ermənistanda hansısa elə bir ictimai, ciddi qurumlar varmı ki, belə qərarlar qarşısında oturub hesablamalar apararaq sonra addım atsın? Əlbəttə ki, yox, Nikol Paşinyana zəng gəlir, o, təkbaşına qərar verə bilmədiyi üçün eyni anda razılıq verir və qoşun yeridir.
Ermənistanda təəssüf ki, qərarlar belə verilir. Necə ki, Serj Sarkisyan bir gecədə Ermənistanın vektorunu dəyişdi, indi də Nikol Paşinyan Ermənistanın Kremldən asılılığını dərinləşdirmək və ölkəmizi Qərbdən uzaqlaşdırmaq qərarı verir. Bunun isə demokratiyaya, demokratik qərarvermə mexanizmlərinə, məşvərətçi, şəffaf, sistemli yanaşmalara heç bir aidiyyatı yoxdur”.
Telman