Xəbər lenti

KTMT-nin nümayəndə heyəti Ermənistana səfərə getdi
Siyasət19:58 15.09.2022

KTMT-nin nümayəndə heyəti Ermənistana səfərə getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nümayəndə heyəti bu gün İrəvana gedib.
APA-nın TASS-a istinadla xəbərinə görə, nümayəndə heyəti Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb.
Səfərdə məqsəd Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin monitorinqini həyata keçirməkdir.
Nümayəndə heyətinə KTMT-nin Birləşmiş qərargahının rəisi general-polkovnik Anatoli Sidorov rəhbərlik edir.