"Mənim ən böyük arzumu dövlət yerinə yetirib. İstədiyimiz Qarabağ idi, dövlətimiz onu bizə geri qaytardı. Mənə bundan böyük hədiyyə nə olar bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Kübra Əliyeva deyib. 71 yaşlı sənətkar özünü çox yaxşı hiss etdiyini bildirib:
"Hər şey gözəldir. Özümə Allahdan can sağlığı, millətimə əminamanlıq arzulayıram. Bir ananın arzusu nə ola bilər? Millətini xöşbəxt görmək. Elə bir arzum yoxdur ki, həyata keçməsin. Xalq məni sevir, bütün günü təbrik zəngləri gəlir. Amma məni tanıyanlar bilir, bir daha təkrar edirəm, hədiyyə sevmirəm. Hədiyyə tamaşaçılarımın zəngidir, elə bil mənə dünyaları verir".
Kübra Əliyeva övladlarından çox razı olduğunu vurğulayıb:
"Onları əziyyətlə, zəhmətlə böyütmüşəm. Onlar üçün yaşayıram. Allah nəfəsi mənə onlara görə bəxş edib. Tanrıya minnətdaram ki, mənə belə övladlar veriib”.
Bahar Rüstəmli