Dünya 17:02 16.01.2024

Kuleba Lavrovu vurmaq istədiyini etiraf etdi, Zaxarova cavab verdi

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovun üzünə vurmaq istəməsi ilə bağlı etirafına münasibət bildirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASS təbliğat agentliyi məlumat yayıb.

"Aldadıcı bəyanatları ilə tanınan Zaxarova” deyib ki, Ukrayna hökumətinin nümayəndələrinin iddia edilən "qeyri-adekvat”lığı "hamıya məlum faktdır”.
"Amerika pulu müqabilində Ukraynanı xarabalığa çevirmək üçün nazir adı altında savadsız aqressiv adamları işə cəlb ediblər. - Zaxarova öz ampluasında davam edib: - Bəlkə də o, Xarici İşlər Nazirliyinə yox, qaydasız döyüşə getməli idi".

Qeyd edək ki, Xarici işlər naziri Dmitri Kuleba 2022-ci ilin yazında Antalyada danışıqlar zamanı Sergey Lavrovun üzünə vurmaq istədiyini etiraf edib.

"Ən çətin danışıqlar həmsöhbətinizin ayağa qalxıb üzünüzə vurmaq istədikləri zamandır, ancaq buna imkanınız yoxdur. Və bu, iki-üç dəfə başıma gəlib. Onlardan biri Lavrovla, 2022-ci ilin yazında Antalyada olub”, - nazir bildirib.

2023-cü ilin martında ukraynalı nazir demişdi ki, işğalçı Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşdə " gigiyena qaydalarına” əməl edib. O, heç vaxt Lavrovun əlini sıxmadığını və birlikdə fotoşəkil çəkdirmədiyini açıqlayıb.

Alpər