Dünya 15:05 12.07.2023

Kuleba: "NATO-ya daxil olmaq üçün tələblərin dəqiq siyahısını bilmirik"

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba bildirib ki, ölkə hakimiyyəti NATO-ya daxil olmaq üçün yerinə yetirilməli olan tələblərin dəqiq siyahısını bilmir.
 
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Azadlıq” radiosuna müsahibəsində bildirib

"Hansı şərtlər var? Onlar kim tərəfindən formalaşdırmalıdır? Onlar nədirlər? Bir daha bizim mövqeyimizi bildirim: Ukraynanı NATO-ya üzv olmağa dəvət etmək üçün hər cür şərait var. Yəni burada bizim prinsipial olaraq fərqli mövqelərimiz var. Onların mövqeyi ondan ibarətdir ki, yerinə yetirilməli olan hansısa şərtlər var”, - deyə Kuleba bildirib. 

Diplomatın sözlərinə görə, Ukraynanın Şimali Atlantika Alyansına daxil olmasının əsas əleyhdarları Almaniya və ABŞ-dır. Dmitri Kuleba hesab edir ki, alyansın Vilnüsdə keçirilən sammitinin kommünikesində Ukraynanın NATO-ya daxil olması perspektivləri ilə bağlı "son dərəcə qeyri-müəyyən ifadələrə” səbəb məhz onların mövqeyi olub.

NATO sammiti bir gün əvvəl, iyulun 11-də Vilnüsdə başlayıb və iyulun 12-də davam edəcək. Birinci günün sonunda alyans ölkələri bəyan ediblər ki, Ukrayna Avroatlantik inteqrasiya üçün Üzvlük Fəaliyyət Planını yerinə yetirməyə ehtiyac duymayacaq. Lakin NATO-ya dəvət bütün üzv ölkələr razılaşdıqda və Ukrayna lazımi şərtləri yerinə yetirdikdə uzadılacaq.

Nizami Bağırov