Xəbər lenti

Külək nə vaxta kimi davam edəcək?
Ölkə08:55 24.04.2015

Külək nə vaxta kimi davam edəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah Azərbaycanda hava yağıntılı olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, aprelin 25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 5-8˚, gündüz 11-16˚ isti olacaq.
Aprelin 25-də Azərbaycanın bölgələrində də arabir yağış, dağlıq ərazilərdə sulu qar yağacaq, yağıntı gündüz tədricən kəsiləcək, ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu aran rayonlarında gecə 4-9˚, gündüz 13-18˚, dağlarda gecə 2˚ şaxtadan 3˚-dək isti, gündüz 4-9˚ isti olacaq.
Xatırladaq ki, aprelin 25-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Qaynar.info