
Sabah ölkə ərazisində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, iyulun 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Bakıda və Abşeron yarımadasında iyulun 14-də havanın temperaturu gecə 20-24˚, gündüz 26-31˚ isti olacaq.
Azərbaycanın rayonlarında da iyulun 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında gecə 20-25˚, gündüz 33-37˚, dağlarda gecə 13-18˚, gündüz 26-31˚ isti olacaq.
Qaynar.info