Xəbər lenti

Külli miqdarda vergi borcu olan şirkət statistik məlumatları da təqdim etməyib
Ekonomiks 16:53 01.07.2024

Külli miqdarda vergi borcu olan şirkət statistik məlumatları da təqdim etməyib

"Hydraulıc Mechanısms Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) də külli miqdarda vergi borcu yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 76587.06 manat vergi borcu var. 

Bu arada şirkət barəsində informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan (Statistik məlumatların verilməsi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib edilib.

Protokol İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə iddası ilə irəli sürülüb.

Qeyd edək ki, bu maddəyə əsasən, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

İşə 09.07.2024-cü il tarixində Nərimanov Rayon Məhkəməsinin hakimiVüsal Qurbanovun icraatındadır. 

Qeyd edək ki, nizamnamə kapitalı 5880593.49 AZN olan, şirkətin qanuni təmsilçisi Qadir Əhədli Həzran oğludur. 

"Hydraulic Mechanisms Company" MMC 09.01.2017-ci il tarixində fəaliyyət başlayıb. MMC müxtəlif növ xüsusi təyinatlı nəqliyyat vasitələri və hidravlik maşın-mexanizmlərin icarəsini təşkil edir. Həmçinin 16 tondan 160 tona qədər yükqaldırma imkanına malik avtokranlar sifariş əsasında yükləmə-boşaltma işlərini icra edirlər.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->