Xəbər lenti

Kurt Kobeynin gitarası hərracda rekord məbləğə satıldı
Sənət11:14 22.06.2020

Kurt Kobeynin gitarası hərracda rekord məbləğə satıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerikan rokunun əfsanəsi, Nirvana qrupunun yaradıcısı Kurt Kobeynin gitarası hərracda 6 milyon dollara satılıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Kaliforniyada, "Julien" Hərrac evində satışa çıxarılan 1959-cu ilə aid "Martin D-18 E" model musiqi alətinin yeni sahibi avstraliyalı mikrofon istehsalçısı Peter Fridman olub. Qitaranın 1-2 milyona satılacağı gözlənilsə də, belə böyük məbləğə satılaraq dünyanın ən bahalı qitarası olub. Hərrac evinin direktoru Martin Nolan alətin belə baha qiymətə sayılmasını bu cür izah edib:
"Kurt qəşəng və ya cazibədar qitaraya ehtiyac duymurdu. O, solaxay idi və buna görə də sağ əldən sola asanlıqla çevrilə biləcək alət istəyirdi. Və Martin model qitaralar da bu baxımdan uğurludur".
Kobeyn bu qitaranı 1993-cü ildə Nyu-Yorkda keçirilən "MTV AnPlagged" konserti zamanı çalıb. Hərrac evi direktorunun sözlərinə görə, qitara Kobeynin çəkic altına düşən ilk əşyası deyil:
"Tamaşa əsnasında Kurt yaşıl bir gödəkçə də geyinmişdi. Yəqin ki, ikinci əl geyim mağazasından bir neçə dollara alınmışdı. Üzərində siqaret ləkələri, qoxu və s. var idi. Keçən ilin oktyabrında da onu 334 min dollara satıq", - deyə o bildirib.
Qeyd edək ki, Kurt Kobeyn 90-cı illərin ən çox dinlənilən rok ifaçılarından biri olub. Onun "MTV AnPlagged" konserti ölümündən öncə yayımlanan son çıxışlarından biri idi. Və 6 ay sonra Kobeyn 27 yaşında intihar edib.
Camal