
Uzun müddətdir küsülü olan məşhurlar Sevil, Sevinc bacıları və Elçin Cəfərov nəyahət ki barışıb.
Sevil Elçindən küsmə səbəbini Qaynarinfo.az-a açıqladı
Əslində biz çox kinli insanlarıq. Kimdənsə küsdüksə barışmaq imkanı yoxdur. Bir dəfə Elçini verilişə çağırdıq, amma gəlmədi. O mənim üçün çox dəyərli dostdur, ancaq həmin günü mənim sözümü yerə saldı. Məsələn mən bilsəm ki, Elçin sabah səhər verilişimə çıxmaq istəyir, mən qonaqlarımdan imtina edər onu çağıraram.Sonra da uzun müddət danışmadıq və düşündüm ki, ola bilər Elçin də insandır. Toy həyəcanı, gərginlik vəs səbəbdən dolayı verilişə gələ bilməyib. Amma ümumiyyətlə biz kimdən küsdüksə, həmin şəxs qara siyahımıza düşür.”
Qaynarinfo.az