Xəbər lenti

Öküzlə inəyin toyu oldu, 300 qonaq gəldi - FOTOLAR
Maqazin18:26 01.04.2016

Öküzlə inəyin toyu oldu, 300 qonaq gəldi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistanın qərbində Hucarat ştatında sahibləri öküz və inəyin toyuna 27 min dollar pul xərcləyiblər. Oxu.az Daily Mail nəşrinə istinadən xəbər verir ki, yerli kəndlərin birində keçirilən mərasimə 300-dən çox insan dəvət edilib.
Heyvanların sahibləri bildiriblər ki, təmtəraqlı toy mərasiminin səbəbi inəklərin Hindistan mədəniyyəti və ölkə vətəndaşları üçün böyük əhəmiyyət kəsb etməsinin göstərilməsidir. 
Qonaqlar Arcun ləqəbli bəyi və Punam ləqəbli gəlini orkestrla qarşılayıblar. Heyvanları məclisə avtomobildə gətiriblər. 
Gəlinin (Punam) sahibi qeyd edib ki, ona öz qızı kimi yanaşır: “Mən inəklərlə 30 ildən çoxdur ki, yaşayıram. Bu heyvanların nəyə layiq olduqlarını dəqiqliklə bilirəm”.
Toy mərasimi Hindistan milli adət-ənənələrinə uyğun keçirilib.
Qaynar.info