Xəbər lenti

“Laçın yolundakı aksiya məqsədinə nail olub" - Hüquqşünas
Siyasət09:38 26.04.2023

“Laçın yolundakı aksiya məqsədinə nail olub" - Hüquqşünas

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Laçın-Xankəndi yolunda keçirilən aksiyanın artıq dayandırılması məqsədəuyğundur”.
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Ermənistanla sərhəddə Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması fonunda Laçın-Xankəndi yolunda keçirilən aksiyaya artıq son verilməsi məsələsinə toxunarkən deyib.
Qulamhüseyn Əlibəyli bildirib ki, həmin aksiya artıq əsas məqsədinə nail olub:
"136 gündür ki, keçirilən aksiyanın iki məqsədi var idi. Laçın yolu vasitəsilə Ermənistanın separatçı rejimə silah-sursat və digər döyüş vasitələrinin gətirilməsinin qarşısı sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulması ilə artıq alınıb. Yəni, aksiya iştirakçılarının bu məqsədi artıq yerinə yetirilib. 
İkinci məqsəd isə ekologiya ilə bağlı olub. Azərbaycanın qanunsuz istismar olunan yataqlarında ekoloji nəzarətin həyata keçirilməsi, dövlət orqanlarının ərazidə monitorinqinin aparılması məsələsi isə hələlik yerinə yetirilməyb. Düzdür, həmin yataqlarda qanunsuz fəaliyyət müəyyən dövrdür ki, dayandırılıb. 
Hesab edirəm ki, nəzarə-buraxılış məntəqsi qurulubsa, artıq tam şəkildə get-gələ nəzarət edə biliriksə, gələcəkdə yataqların qanunsuz istismarının qarşısını almaq istiqamətində olan ikinci məqsədə də nail ola bilərik. Ona görə də artıq Laçın-Xankəndi yolunda 136 gündür davam edən aksiyanın dayandırılmasını məqsədəuyğun hesab edirəm”. 
Qeyd edək ki, keçən ilin dekabrın əvvəllində Qarabağdakı Azərbaycana məxsus yataqların qanunsuz istismar edilməsinə qarşı Azərbaycanın QHT nümayəndələri aksiyaya start veriblər. Artıq  həmin aksiya 136-cı gündür ki, davam edir. Artıq  Ermənistanla sərhəddə, Laçın yolunun başlanğıcında Azərbaycan nəzarət-buraxılış məntəqəsi qurub. Belə  olan halda Azərbaycanın razılığı olmadan həmin ərazidən artıq heç nə və heç kim keçə bilməyəcək. 
Rüfət Sultan