Xəbər lenti

Laçın yolundan 100 maşın keçdi
Ölkə18:10 21.04.2023

Laçın yolundan 100 maşın keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Laçın-Xankəndi yolunda təşkil olunan ekoaksiyanın 131-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
Qaynarinfo "Azərtac"a istinadən xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 23 avtomobilin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin edilib. Ümumilikdə gün ərzində indiyədək aksiya ərazisindən Rusiya sülhməramlılarına məxsus 88, Beynəlxalq Qırmızı Xaç Komitəsinin isə 12 avtomobili keçib.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.