Xəbər lenti

Laçında müğənni qətlə yetirilib, qardaşı şübhəli bilinir
Ölkə20:44 12.08.2025

Laçında müğənni qətlə yetirilib, qardaşı şübhəli bilinir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Laçın rayonunda qətl hadisəsi baş verib.
"Report"  xəbər verir ki, hadisə rayonun Fingə kəndi ərazisində qeydə alınıb.
Belə ki, el arasında müğənni kimi tanınan Səfər Quliyev ov tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib.
Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanıb.