Xəbər lenti

Lalə Şövkət hansı kənddə qaçıb?
Siyasət11:45 11.09.2014

Lalə Şövkət hansı kənddə qaçıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Lalə Şövkət Azərbaycan kəndlərinin birindədir. Amma onun təhlükəsilziyi baxımından qaldığı yeri açıqlamırıq”. 

Bunu Modern.az saytına Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan deyib. 

O, partiyanın lideri Lalə Şövkətin mətbuata açıq olmamasına da münasibət bildirib. 

Əvəz Temirxanın sözlərinə görə, Lalə Şövkət mətbuata açıqlamalar verməsə də, ölkədəki siyasi prosesləri diqqətlə izləyir: “Lalə xanımın Azərbaycanın və müxalifətin maraqlarına aid bütün məsələlər üzrə mövqeyi var. Onun mətbuata açıq olmamasının səbəbi onun siyasi taktikasıdır. Lalə Şövkət mətbuatda çox görünmədən imkan çərçivəsində daha çox iş görmək istəyir. İctimai rəydə Lalə Şövkətin rəyinə ehtiyac olanda o özü siyasi səhnəyə gələcək və mövqeyini açıqlayacaq”.

Qaynar.info