Xəbər lenti

Lalə Şövkətin partiyası Rüstəm İbrahimbəyovu müdafiə etdi
Siyasət10:33 23.04.2013

Lalə Şövkətin partiyası Rüstəm İbrahimbəyovu müdafiə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əvəz Temirxan: “Milli Şura ideyasını dışlamaq doğru deyil”

“İstər Milli Şura, istər Ümummilli Şura, istərsə də Milli Konqres olsun, fərqi yoxdur, Azərbaycan xalqının ümumxalq hərəkatında birləşməyə ehtiyac var”.


Bunu Qaynar.info-ya açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə yaradılacaq Milli Şuradan danışarkən deyib. 

Partiya sədrinin sözlərinə görə, Milli Şura xalq hərəkatının forması ola bilər: “Ona görə də hesab edirəm ki, Milli Şura ideyasını dışlamaq doğru deyil. Bu şuranı yaratmaq istəyənlər və bu məsələdə maraqlı olanlar mətbuatda polemika aparmaqdansa, daha yaxşı olar ki, öz aralarında məsləhətləşmələr aparıb məsələni yoluna qoysunlar. Azərbaycanda xalq hərəkatının yaradılmasına ehtiyac duyulur. Buna görə də birləşməyə ehtiyac var. Amma sonra bu hərəkatın adı necə olacaq, bunu gələcək göstərəcək”.

Ə.Temirxan “Rüstəm İbrahimbəyov Rusiyadan təlimat alır” deyənlərə də cavab verib: “Təlimat alanda yanında olublar?!”

ALP sədri partiyanın təmsil olunduğu Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) keçirəcəyi aksiyadan da danışıb: “Məşvərət Məclisinin bugünki toplantısında iştirak etməmişəm. Amma bilirsiz ki, Bakı Şəhər İcra hakimiyyətinə aprelin 28-də aksiya keçirmək üçün müraciət edilib. İcazə verilsə, aksiyanı keçirəcəyik”.

İlkin
Qaynar.info