Xəbər lenti

Lavrov Baydeni alqışlayır, bəs Rusiya prezidenti nə vaxt dilə gələcək? (ŞƏRH)
Siyasət14:43 01.09.2021

Lavrov Baydeni alqışlayır, bəs Rusiya prezidenti nə vaxt dilə gələcək? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Siyasətdə, ələlxüsus da feodal dövlətlərin siyasətində, demək olar ki, eyni siyası üslübları tətbiq edirlər. Amma bir-birinin hərəkətlərini tənqid edirlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun ABŞ prezidenti Co Baydenin ölkələrin işinə qarışmamaqla bağlı bəyanatını alqışlamasını şərh edərkən deyib. "Bəs nə zamansa Rusiya prezidentinin də belə addım atacağını gözləmək xəyalpərəstlik sayıla bilərmi” sualına cavabında keçmiş nazir real siyasətin siyasi bəyanatlardan olduğunu bildirib:
"İstər bu, Baydenə aid olsun, istər Putinə”.
Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, bizə nə Baydenin bəyanatı lazımdır, nə də Lavrovun onu alqışlaması:
"Bu, söz naminə deyilmiş sözdür. Bayden bu sözləri nəyə görə deyib? Əfqanıstanda gürultulu məğlubiyyətə düçar olub. İndi bunu izah eləmək üçün amerkan xalqına və bütün dünyaya deyir ki, Amerikanın yeni siyasəti digər xalqların siyasətinə qarışmamaqdır. Deyə bilməz ki, biz fərsiz siyasət yürüdürük. Deyə bilməz ki, bizim kəşfiyyatçılar, analitiklər səhv edib. Bunları deyə bilməz, amma əvəzində deyib ki, Amerika daha heç vaxt kiminsə siyasətinə qarşmayacaq. Rusiya da deyir ki, əla, yəni onlar qarışmasın, bizə isə qarışmaq üçün imkan yaransın, vəssalam”.
Bahar Rüstəmli