Xəbər lenti

Lavrov Ermənistanda Qarabağ məsələsini müzakirə edib
Siyasət17:31 04.07.2016

Lavrov Ermənistanda Qarabağ məsələsini müzakirə edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan və İrəvanda səfərdə olan Rusiya XİN başçısı Sergey Lavrov Dağlıq Qarabağ məsələsinin nizamlanması üzrə razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.
Bu barədə Ermənistan XİN-in yaydığı açıqlamada bildirilir.
"Görüş zamanı tərəflər Vyana və Sankt-Peterburq sammitlərində Dağlıq Qarabağ üzrə əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində atılan addımlar müzakirə ediblər", - məlumatda deyilir.
Nazirlər həmçinin aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Sergey Lavrov İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) XİN rəhbərlərinin toplantısında iştirak edib.
Qaynarinfo.az