Xəbər lenti

Lavrov Karasini Bakıya göndərir
Siyasət18:17 03.03.2016

Lavrov Karasini Bakıya göndərir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin cümə günü-martın 4-də Bakıya gələcək.
Virtualaz.org TASS agentliyinə istinadən bildirir ki, Sergey Lavrovun müavininin Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə keçirəcəyi məsləhətləşmələrdə ikitərəfli və regional məsələlərin geniş spektri müzakirə olunacaq.

Danışıqlarda, həmçinin müxtəlif səviyyələrdə ikitərəfli görüşlərin keçirilməsinin perspektivlərinə toxunulacaq.

“Azərbaycan XİN rəhbərliyi ilə görüşlərimiz olacaq. Gündəmimiz genişdir, ikitərəfli əlaqələr, regional və Cənub Qafqazdakı problemləri müzakirə edəcəyik. Toxunulacaq mövzular kifayət qədərdir”, deyə Q.Karasin bildirib.