Xəbər lenti

Lavrov:
Dünya 15:16 12.10.2023

Lavrov: "NATO öz maraqlarını Cənubi Qafqazda Ermənistan vasitəsilə həyata keçirir"

"Son illər Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsini təbliğ etmək məqsədi ilə bir çox qeyri-hökumət təşkilatları yaradılıb". 

Qaynarinfo xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının yekunları üzrə iclasda deyib. 

Onun sözlərinə görə, bu təşkilatlar həm də NATO-nun Cənubi Qafqazda maraqlarını təbliğ edirlər: "Onlar Ermənistan və Rusiya Federasiyası arasında dostluq münasibətlərini inkişaf etdirmək məqsədi ilə yaradılmayıb. Sadəcə, əksinə. Onların məqsədi burada anti-Rusiya əhval-ruhiyyəsi üçün zəmin yaratmaq və Ermənistan, ilk növbədə ABŞ və Avropa İttifaqı və NATO ölkələri vasitəsilə bu regionda maraqların təşviqinə hazırlaşmaqdır".

O, əmindir ki, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi süni şəkildə qızışdırılır. Moskva inanır ki, "erməni xalqının böyük əksəriyyəti Rusiya Federasiyası ilə ənənəvi, tarixi qardaşlıq əlaqələrinin inkişafında maraqlıdır".

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan demişdi ki, Ermənistan artıq təhlükəsizliyin təminatçısı kimi Rusiyaya arxalana bilməz.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->