Xəbər lenti

Lavrov və Kerri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər
Siyasət15:23 04.04.2016

Lavrov və Kerri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət Katibi Conn Keri ilə telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.
 
Bu barədə məlumatı Rusiya XİN yayıb.
Məlumata görə, aprelin 4-də Sergey Lavrovla Con Kerri arasında telefon danışığı olub. Hər iki ölkənin xarici siyasət idarəsinin rəhbərləri Dağlıq Qarabağda qarşıdurmanın eskalasiyasından ciddi narahatlıqlarını ifadə ediblər və tərəfləri hərbi əməliyyatların dərhal dayandırmağa çağırıblar.
Bundan başqa ATƏT-in Minsk qrupu həmsədr ölkələri Rusiya, ABŞ və Fransanın səylərinin artırılması barədə razılıq əldə olunub.  (apa)
Qaynar.info