Siyasət 13:39 03.05.2022

Lavrov yəhudilərdən üzr istəməlidir – Politoloq

Rusiya xarici işlər naziri Sergey Lavrov İtaliya telekanalına müsahibə zamanı bildirib ki, Ukrayna prezidenti Zelenski belə bir arqument irəli sürür:əgər o, yəhudidirsə, hansı nasizmdən söhbət gedə bilər?! 

"Mən səhv edə bilərəm, amma Hitlerdə də yəhudi qanı var idi. Bu, hələ heç nə demək deyil. Müdrik yəhudi xalqı deyir ki, ən qızğın antisemitlər adətən yəhudilərin içindən çıxır”,- deyə Lavrov bildirib. 

S Lavrovun Hitlerin "yəhudi qanı” ilə bağlı qalmaqallı açıqlaması İsraili hiddətləndirib. İsrailin xarici işlər naziri Yair Lapid Lavrovun sözlərini "bağışlanmayan, hədsiz və kobud tarixi səhv” adlandırıb.

Politoloq Cümşüd Nuriyev Qaynarinfo-ya açıqlamasında bəyan edib ki, Lavrov bu təhqiramiz fikrilə tərbiyyəsiz,  mədəniyyətsiz və düşüncəsiz olduğunu ortaya qoyub:”Görünən odur ki, burada Lavrovun erməni qanı oynayıb”.

Politoloq onu da vurğulayıb ki, Lavrovu anlamaq olmur. Onun Zelenskini Hitlerlə müqayisə etməsi ağlagələn deyil.
 
"Hitlerin yəhudi kökənli olması ilə bağlı kitab da buraxıblar, amma məsələ bütün hallarda öz təsdiqini tapmayıb. Həmin kitabı yazan da yəhudi olub. Guya Hitlerin atası yəhudi olub. İnandırıcı deyil. Almanların özləri belə onu təsdiqləməyib. Hər halda Hitler yəhudi olsaydı, almanlar bu amildən yararlanaraq istifadə edərdilər. Hətta Hitler yəhudi kökənli olsa belə, onu müqayisə etmək də düzgün deyil. Hər bir xalqın içərisində səfeh adamlar da olur. Lavrovun dediyinin əksinə olaraq, yəhudilərin ən böyük antisemitin özləri olduğu barədə etiraflarına isə heç bir yerdə rast gəlməmişəm. Bu ağlasığmazdır”. 

C. Nuriyevin sözlərinə görə, Lavrovun sərsəm açıqlaması onun erməni qanı ilə bağlıdır: "Ermənilər yəhudiləri heç cür qəbul etmək istəmir. Bu mənada, Lavrovun da genetik olaraq paxıllıq hissi öz işini görüb. İşğalçı dövlətin xarici işlər naziri işğal etmək istədiyi bir dövlətin prezidentinə milliyyətinə görə irad tutması və ən qədim xalqlardan olan yəhudiləri təhqir etməsi yolverilməz olmaqla yanaşı, tərbiyyəsizlik, mədəniyyətsizlik, həm də düşüncəsizlikdir. Bu fikrinə görə, Lavrov İsrail xalqından üzr istəməlidir”. 

Rüfət Sultan