Xəbər lenti

Lavrovun Qarabağ vədinə Türkiyənin cavabı
Siyasət08:53 15.10.2016

Lavrovun Qarabağ vədinə Türkiyənin cavabı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ankara Rusiya XİN rəhbəri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin müsbət rol oynaması imkanı barədə səsləndirdiyi bəyanatını müsbət qiymətləndirir.
Bu barədə Trend-ə Türkiyə XİN-dən məlumat verilib.
Qeyd edək ki, ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda jurnalistlərə bəyan edib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər.
Agentliyin müsahibi bildirib ki, Türkiyə Dağlıq Qarabağ məsələsində həmişə Azərbaycanın arxasındadır və problemin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin tərəfdarıdır.
“Türkiyə şübhəsiz ki, bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyəcək. Bununla əlaqədar ATƏT-in Minsk qrupunun üzvü kimi Türkiyə münaqişənin nizamlanması prosesini diqqətlə izləyir və Azərbaycanla sıx əlaqələr qurmaqla prosesin həllinə yardım etməyə çalışır”, - XİN rəsmisi qeyd edib.
Qaynarinfo.Az