"Danışıqlardan dərhal sonra Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edildi. Lavrov bunu nəzərdə tutur".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Cenevrədə Vladimir Putin və Co Bayden görüşündən sonra Amerika Birləşmiş Ştatlarının dəyişən ritorikasına aydınlıq gətirərkən deyib. Politoloq bildirib ki, öldürücü sanksiyalar hələ sonra olacaq:
"Bu, baş versə, Rusiya üçün daha ciddi nəticələr gözlənilir".
Qabil Hüseynli hesab edir ki, burada təcüblənəcək heç nə yoxdur və Ruslar şükür eləsinlər ki, Putinə "qatil" deyən Bayden onunla görüşdə daha səmimi ritorikadan istifadə edib:
"Baydenin sözlərinə görə, Putun onun düşündüyündən də mürəkkəb və bərk adamdır, heç cür kompromisə hazır olmayan biridir. Bir də Navalnı məsələsi var. Putinə bildirib ki, əgər Navalnıya bir şey olarsa, bunun üçün Rusiyanı böyük fəlakətlər gözləyə blər. Putin heç vaxt Navalnının adını çəkmir, aşağılayıcı formada "bu adam" deyir. Yazığı zəhərləyib öldürürdülər, gürcülər bir təhər Almaniyada xilas etdilər. Putin bu cür cəkinmədən, diplomatik etiketləri gözləmədən yalan danışır. Baydenin televiziyalardan birinə söylədiyi fikir diqqət çəkir: "Bu adam dayanmadan yalan danışır, yalan danışmaqdan da usanmır". Belə görünür ki, məsələlər şəxsiyyətlər arasındadır. Putinlə Bayden arasında bir sıra məsələlər, o cümlədən xarakter və əxlaq məsələlərində ciddi fərqlər olduğundan danışıqlar nəticəsiz bitir".
Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov "Kommersant" qəzeti və "Rusiya qlobal siyasətdə" jurnalında yayımlanan məqalə yazıb. Nazir məqalədə Cenevrədə Vladimir Putin və Co Bayden görüşündən sonra Amerika Birləşmiş Ştatlarının ritorikası əhəmiyyətli dərəcədə dəyişdiyini vurğulayıb.
Bahar Rüstəmli