Xəbər lenti

Lemkin İnstitutunun saxta rəyi nəyə hesablanıb? (ŞƏRH)
Siyasət08:56 03.11.2023

Lemkin İnstitutunun saxta rəyi nəyə hesablanıb? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Onların belə çirkin əməllər törətməkdə məqsədləri Azərbaycan barədə beynəlxalq miqyasda mənfi imic formalaşdırmaq və bundan rəsmi Bakıya təzyiq vasitəsi kimi istifadə etməyə çalışaraq, sülh sazişində bəzi güzəştlərə getməyə məcbur etməkdir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov Lemkin İnstitutunun Azərbaycanın yaxın vaxtlarda, hətta yaxın həftələrdə Ermənistanın cənubunu ələ keçirə biləcəyi barədə saxta rəyini şərh edərkən deyib.
Politiloq deyib ki, Lemkin institutunun Azərbaycana münasibətdə belə böhran xarakterli bəyanatları yeni deyil: 
"Xeyli müddətdir ki, Azərbaycan əleyhinə təbliğat aparılır və bu təbliğatda Qərbin həm bəzi yüksək vəzifəli şəxsləri, həm də qeyri-hökumət təşkilatları aktiv şəkildə iştirak edirlər. Onlar bununla dünyada belə bir rəy yaratmağa çalışır ki, Azərbaycan guya Ermənistana hücum etməyə, onun ərazisinin bir hissəsini işğal etməyə hazırlaşır və Zəngəzur dəhlizini güc yolu ilə açmağı planlaşdırır. Təəssüf ki, bu anti-Azərbaycan təbliğatında ABŞ-ın yüksək vəzifəli şəxsləri də fəal iştirak edir. 
Belə çirkin əməllərdə məqsədləri Azərbaycan barədə beynəlxalq miqyasda mənfi imic formalaşdırmaq və bundan Azərbaycan hakimiyyətinə təzyiq vasitəsi kimi istifadə etməyə çalışaraq, sülh sazişində Bakını bəzi güzəştlərə getməyə məcbur etməkdir. Azərbaycan Prezidenti Ermənistan ərazisini işğal etmək, bu ölkəyə qarşı zor tətbiq etmək niyyətimizin olmadığını dəfələrlə bəyan edib. Buna baxmayaraq, ermənilər və onların Qərbdəki havadarları ölkəmizə qarşı çirkin təbliğatlarını dayandırmır. Təəssüf ki, xaricdə fəaliyyət göstərən bəzi "həmvətənlərimiz” də bilərək, yaxud da bilməyərəkdən bu böhtan kampaniyasına dəstək verirlər. Anlamaq istəmirlər ki, bu böhtan kampaniyasının əsas məqsədi Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq, ölkəmiz barədə mənfi imic formalaşdırmaq və bundan dövlətimizə qarşı təzyiq vasitəsi kimi istifadə etməkdir”. 
Lemkin İnstitutu "qırmızı bayraq” xəbərdarlığı edib və bu əsasda iddia edib ki, "Azərbaycan yaxın günlərdə və ya həftələrdə Ermənistanın cənubunu ələ keçirə bilər".
Rüfət Sultan