Sənət 14:15 24.09.2023

Lənkəran Dövlət Dram Teatrı  “Uçan səhnə” layihəsini davam etdirir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Lənkəran Dövlət Dram Teatrı "Heydər Əliyev İli" və Azərbaycan Peşəkar Milli Teatrının 150 illik yubileyi münasibətilə "Uçan səhnə" adlı layihənin icrasına davam edir. 

Layihə çərçivəsində növbəti tədbir sentyabrın 25-i "Azərsun Holding”in dəstəyi ilə Lənkəran rayonunun Biləsər kəndində reallaşacaq. Teatrın truppası həmin yaşayış məntəqəsində azyaşlı sakinlərlə görüşərək onların qarşısında tamaşa və eyni zamanda əyləncəli proqramla çıxış edəcək, teatr haqqında söhbətlər aparacaq.

İlk dəfə Lənkəran rayonunun Bəliton kəndində reallaşan "Uçan səhnə" layihəsi növbəti aylarda da regionun digər ucqar kəndlərində davam etdiriləcək.