Xəbər lenti

İdman 17:18 10.01.2024

Leonardo Bonuççi rəsmən "Fənərbaxça"da

"Fənərbaxça" "Union Berlin"in ulduz futbolçusu Leonardo Bonuççi ilə anlaşıb.

Qaynarinfo verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

Klubdan verilən açıqlamada Bonuççi ilə transfer danışıqlarının başladığı və təcrübəli müdafiəçinin bu gün İstanbula gələcəyi bildirilib. 36 yaşlı italyan futbolçunun təyyarəsi bu axşam Bakı vaxtı ilə 19:30-20:00 arası İstanbulda olacaq.

Qeyd edək ki, Bonuççi "Union Berlin"dən əvvəl İtaliyada "Viterbese", "İnter" (Milan), "Treviso", "Piza", "Cenoa", "Bari", "Yuventus" və "Milan" klublarında çıxış edib. 36 yaşlı mərkəz müdafiəçisi İtaliya millisində 121 oyun keçirərək, 8 qol vurub. O, karyerası ərzində dəfələrlə İtaliya çempionluğunu, kubokunu Super Kubokunu qazanıb, iki dəfə Çempionlar Liqasında final oynayıb. İtaliya millisi ilə 2020-ci ildə Avropa çempionatının qalibi, 2012-ci ildə finalçısı olub, 2013-cü ildə FIFA Konfederasiyalar Kubokunda, 2020/21 və 2022/23 mövsümlərində UEFA Millətlər Liqasında bürün medala sahib çıxıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->