
Lerik rayonunun 9 kəndi işıqsız qalıb. Qaynar.info-nun verdiyi xəbərə görə, bu barədə rayon sakinləri "facebook" sosial şəbəkəsində məlumat veriblər.
Onların sözlərinə görə, Novruz bayramı ərəfəsində tez-tez işıqlar söndürülür, elektrik xətləri isə bərbad vəziyyətdədir.
Onlar bununla bağlı rayon Elektrik Şəbəkəsinə müraciət etdiklərini, lakin problemin hələ də həll olunmadığını deyirlər. Vətəndaşlar bildirilər ki, rayonda elektrik xətləri uzun illərdir baxımsız haldadır.
Lerik rayon Elektrik Şəbəkəsinin müdiri Aydın Məmmədov isə Qaynar.info-ya "Külək əsir, ona görə də işıqlar yanmır. Neyləyək, gedib küləyin qarşısını kəsək", - deyib telefonu qapatdı.
Qaynar.info