Xəbər lenti

Lerikdə canavarlar kəndə hücum etdi
Ölkə15:50 10.05.2016

Lerikdə canavarlar kəndə hücum etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Lerik rayonunda canavarlar kəndə hücum edib.

Yerli sakinlərin apa-ya verdikləri məlumata görə, hadisə ötən gecə rayonun “40-cı kilometr” deyilən yaşayış məntəqəsində qeydə alınıb. Kəndə soxulan yırtıcı heyvanlar İnqilab Şahbazova məxsus fərdi təsərrüfatdakı qoyunlardan 8-i parçalayıb. 

Kənd sakinlərinin sözlərinə görə, ərazidə əvvəllər də analoji hadisə baş verib.

Qaynarinfo.az