Xəbər lenti

Lerikdə qarın hündürlüyü 64 sm-ə çatıb
Ölkə15:23 20.03.2022

Lerikdə qarın hündürlüyü 64 sm-ə çatıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hazırda ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir".
Qaynarinfo xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, bu gün yağan qar nəticəsində Lerikdə qarın hündürlüyü 64 sm, Altıağacda 47 sm, Yardımlıda 42 sm, Xaltanda 41 sm qeydə alınıb:
"Ölkə ərazisində şimal-qərb küləyi əsib, bəzi bölgələrdə güclənib. Ən güclü külək Salyanda qeydə alınıb, maksimal sürəti 33 m/s-ə çatıb".