Xəbər lenti

Lerikdə torpaq sürüşməsi: Kənd sakinin evi torpaq altında qaldı, rəhbrəlik əraziyə gəldi
Ölkə09:18 01.04.2022

Lerikdə torpaq sürüşməsi: Kənd sakinin evi torpaq altında qaldı, rəhbrəlik əraziyə gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lerik rayonu Lərmərüd kəndində torpaq sürüşməsi baş verib. 
Bu barədə Qaynarinfo-ya rayon sakini Zeynal Baxışzadə bildirib. Onun sözlərinə görə, torpaq sürüşməsi nəticəsində kənd sakini Nəbulla Baxşiyevə məxsus ev yararsız hala düşüb: 
"Ev demək olar ki, tamamilə torpağın altında qalıb. Həyətdəki tövlə ilə bağlı da vəziyyət oxşardır. Yəni tövlə və oradakı mal-qara da torpaq altda qalıb. Bu gün icra başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev kəndə gəlib və vəziyyətlə tanış olub. O, Nəbulla Baxşıyevə yardım olunacağını vəd edib”
Seyid