Xəbər lenti

Lətif Şüküroğlu - 60
Sənət10:47 07.04.2020

Lətif Şüküroğlu - 60

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lətif Şüküroğlu (Babayev) "Cümhuriyyət hökuməti repressiya məngənəsində”, "Azərbaycan Xalq Cümhuriyyətinin sərhəd mühafizəsi tarixi (1918-1920)”, "AXC dövründə ordu quruculuğu”, "Azərbaycan daxili işlər orqanlarının tarixi” (və s.) kitablarının müəllifi, tarix üzrə fəlsəfə doktorudur. 
İxtisasca jurnalistdir. AYB üzvüdür. Jurnalist kimi qələmindən çoxlu məqalə çıxsa da, yazıçı tək onu avtobioqrafik "Taleyin izləri” romanı təmsil edir. 
Bioqrafiyasının bir önəmli cəhəti də Xüsusi Xidmət Orqanlarında işləməsi olub, ehtiyatda olan polkovnikdir. Hal-hazırda Milli Məclisdə çalışır.
ÜMİDLƏRİMİZİN YAZ SƏHƏRİ...
Gəncliyin qızıl illərində Rəfiq  Özdəkin "Türkün qızıl kitabı”nı növbəti dəfə əlimə götürəndə tərcüməçilərinə baxdım: Lətif Şüküroğlu, Nəsiman Yaqublu.  "İndiyədək niyə fikir verməmişəm?” düşündüm. Lətiflə artıq neçə il idi ki, eyni qurumda çalışırdıq. Ancaq bu vaxtadək necə olmuşdusa bu kitabın tərcüməçiləri diqqətimi çəkməmişdi. Lətif özü də belə bir kitabı dilimizə çevirdikləri haqda danışmamışdı. Bunu biləndən sonra ona hörmətim artdı, bu işinə görə ona "sağ ol” da dedim. 
Haçan Lətiflə zəngləşirəm, görüşürəm, ya onu xatırlayıram... ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ uğrunda şəhidlər verən Zəngilanda xidməti ezamiyyətdə olarkən  elə bu vaxtlarda yaranan bir şeir yadıma düşür, xüsusən də bu misralar:
Di gəl bu qansız ağaclar
Gör necə ürəkdən açıb...
...Dünən səhər gözlərimi Lətifin telefon zənginə açdım az qala,-bir az gec yatıb, gec durmuşdum deyə. "Sənin bu ilin gördün də necə başladı,-”onu qabaqladım,- "nə olsun, koronavirus qadağaları sənin də doğulduğun aydan sərtləşdi,-”dedi. Gülüşdük. 
"Pəncərədən baxıram.., həyətdəki ağacın nə çiçəyi var, nə yarpağı, ancaq üzərində buğum-buğum yaşılı görünür,-” söylədi Lətif.
"Ancaq barıt qoxulu Zəngilanda belə, ağaclar ürəkdən açırdı...” öz-özümə düşündüm. "Həyətdəki ağacın üzərindəki buğum-buğum yaşıl isə bəlkə ölməyən sonuncu ümidlərimizdir,-” bunu da ürəyimdə söylədim. 
Kaş bir yaz səhəri mənə Zəngilandan zəng edəsən, Lətif!
Və...
Səsini "su kimi alışan ruhuma çiləyim...”
Qardaşxan,
6 aprel 2020
P.S. "Karantin fürsəti”ndə mənə yarıciddi- yarızarafat qalın-qalın kitablar yazmaq imkanını xatırladan Lətif, qoy bu kiçik ştrix dilədiyin əsərlərin prelüdü olsun.