Xəbər lenti

Leyla Əliyeva üçün özəl gün
Ölkə05:23 03.07.2014

Leyla Əliyeva üçün özəl gün

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür. 
Qaynar.info xəbər verir ki, Leyla Əliyevanın 29 yaşı tamam olur. O, 3 iyul 1985-ci ildə anadan olub. İsveçrədə və Böyük Britaniyada ali təsil alıb. Leyla Əliyeva 2007-ci il mayın 10-dan Rusiyada Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri kimi ictimai fəaliyyət göstərir. 2007-ci il dekabrın 19-dan Moskvada nəşr olunan "Bakı" jurnalının təsiscisi və baş redaktorudur.
2011-ci il, iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.
Tanınmış iş adamı Araz Ağalarovun oğlu Emin Ağalarov ilə ailə həyatı qurub. 1 dekabr 2008-ci ildə əkiz oğlan uşaqları dünyaya gəlib. Uşaqlarının adı Mikayıl və Əlidir.
Qaynar.info