Xəbər lenti

Leyla Rəhimova: “O Ses Türkiyə yarışmasında mənə haqsızlıq edildi” - FOTO+ VİDEO
Maqazin09:31 19.05.2016

Leyla Rəhimova: “O Ses Türkiyə yarışmasında mənə haqsızlıq edildi” - FOTO+ VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin məşhur “O Ses Türkiyə” yarışmasında Murat Bozun komandasında iştirak edən həmyerlimiz Leyla Rəhimova yarışma haqda Qaynarinfo.az-a danışdı. 

İfaçı yarışmada iştirak etdiyi müddətdə haqsızlıqlar gördüyünü iddia etdi. Leyla yarışma ərzində ona yüksək hörmət göstərilsə belə,  zaman-zaman bir çox haqsızlıqlarla da qarşılaşdığını dedi: 

“Əslində yarışmada iştirak etmək üçün mən müraciət etməmişdim, onları prodüsserləri məni tapmışdı. Mən də sevərək qəbul etdim. Düşünürəm ki, bütün çıxışlarım uğurlu oldu. Yarışmada zəif iştirakçı yox idi, ona görə rəqiblərim çox idi. Mənə qarşı müəyyən haqsızlıqlar oldu, gözyummalı oldum. Daha sonra yenə təklif etdilər ki, yarışmada iştirak edim. Ancaq qəbul etmədim və etməyəcəm”.

Qaynarinfo.az