Xəbər lenti

Leyla Yunus bəyanat yaydı
Siyasət15:04 09.07.2014

Leyla Yunus bəyanat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sülh və Demokratiya İnstitutu bəyanat verib: “PA-nın iki şöbə müdiri Leyla Yunusu həbs etdirmək istəyir”
Sülh və Demokratiya İnstitutu bəyanat yayıb. Buna səbəb son zamanlar institutun direktoru, hüquq müdafiəçisi Leyla Yunusa qarşı baş verən təzyiq və təqiblərdir. Bəyanatda bildirilir ki, Prezident Administrasiyasında gizli dairələrdən alınan məlumata görə, Leyla Yunusun həbsi ilə bağlı PA-nın şöbə müdirləri Əli Həsənovla Fuad Ələsgərova xüsusi tapşırıq verilib. Bunun üçün provokasiya, qarşıdurmalar yaradılacağı gözlənilir.
Bəyanatda deyilir: “9 iyul 2014-cü il tarixində Prezident Administrasiyasının gizli dairələrindən bizə daxil olan məlumata görə, Leyla Yunusun həbsinə hazırlıqlar görülür. Bunun üçün Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova və Prezident Administrasiyası Hüquq Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri Fuad Ələsgərova tapşırıq verilib. Onlara tapşırılıb ki, Leyla Yunusa qarşı provokasiya olunsun. Provokasiyanın məqsədi odur ki, təhqir və dava bəhanəsi ilə Leyla Yunusu polisə gətirmək, sonra da həbs etdirməkdir. Provokatorlar mətbuat konfransına jurnalist və ya sadə vətəndaş qiyafəsində gələ bilərlər”.
Xatırladaq ki, Leyla Yunus Rauf Mirqədirovla bağlı istintaqa cəlb olunaraq, aprelin 29-da 9 saat dindirilmişdi. Mayın 29-u və iyulun 7-də istintaqa çağırılan Leyla Yunus sənədlərinin prokurorluq tərəfindən qanunsuz alındığını səbəb kimi göstərərək, istintaqa getməkdən boyun qaçırmışdı. Baş Prokurorluğun açıqlamasında  bununla bağlı tədbir görüləcəyi bildirilmişdi.
Qaynar.info