Xəbər lenti

Leyla Yunus ilin sonuna sağ çıxmaya bilər - Vəkillər
Siyasət06:02 04.10.2014

Leyla Yunus ilin sonuna sağ çıxmaya bilər - Vəkillər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hüquq müdafiəçisi Leyla Yunusun vəkilləri bəyanat hazırlayıblar. Həmin bəyanatın elektron variantını L. Yunusun qaynı Ramiz Yunus musavat.com-a yollayıb. Onu təqdim edirik. 

***

L. Yunusun vəkillərinin bəyanatı

Tam məsuliyyətlə bəyan edirik ki, Leyla Yunusun fiziki durumu son həddə çatıb. Soyuq kamerada, isti sudan məhrum olunmuş L.Yunusun səhhəti kəskin şəkildə pisləşib. Keçirilmiş dörd cərrahiyə əməliyyatı öz mənfi fəsadlarını göstərir. Belə olan halda bu ilin sonuna qədər Leyla xanımın sağ qalmağı sual altındadır. L.Yunus möhkəm iradə sahibidir, psixolojı durumu stabildir, yalnız fiziki ağrılar dözülməzdir.

Əgər qəti imkan tədbirini dəyişmək istəyi yoxdursa, heç olmasa L.Yunusu Penitensiar Xidmətinin xəstəxanasına təcili şəkildə yerləşdirmək lazımdır. 

Vəkillər:   

 Xalid Bağırov

 Cavad Cavadlı

 Fariz Namazlı

 Əlaif Həsənov 

 Elçin Qəmbərov

03 Oktyabr 2014-ci il

Qaynar.info