Xəbər lenti

Leyla Yunus saxlanıldı - YENİLƏNİB
Siyasət08:21 30.07.2014

Leyla Yunus saxlanıldı - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

12:22

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus saxlanılıb.

Qaynar.info xəbər verir ki, bu barədə məlumatı Musavat.com-a hüquq müdafiəçisinin həyat yoldaşı Arif Yunus verib. Onun sözlərinə görə, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna tədbirə gedərkən Leyla Yunusun olduğu avtomobil saxlanılıb və üç nəfər hüquq müdafiəçisini maşından düşürərək naməlum istiqamətdə aparıblar.

Arif Yunus onu da bildirib ki, hazırda yaşadıqları binanın həyətində 6 nəfər mülki geyimli şəxs var. O, özünün də həbs olunacağını istisna etmir.

Arif Yunus APA-ya L. Yunusun tədbirə gedərkən naməlum şəxslər tərəfindən saxlanıldığını deyib: “Saat 11:45-də tədbirə gedərkən yanında bir maşın dayandı. Onu arxa tərəfdə əyləşdirdilər. İki nəfər yanında bir nəfər isə sürücünün yanında oturdu, sürüb getdilər. Hazırda telefonuna zəng çatmır”.
 

A. Yunus hazırda hüquq-mühafizə orqanlarının əməkdaşlarının onların mənzilinə gələrək qapını döydüklərini də bildirib.

13:21

Leyla Yunus Baş Prokurorluğa aparılıb. Həyat yoldaşı Arif Yunusun “Azadlıq” radiosuna bildirdiyinə görə, bu haqda ona telefonla məlumat verilib: “Mənə zəng etdilər, Leyla Baş Prokurorluqdadır. Dedilər ki, onu buraxmayacaqlar, həbs edəcəklər, ona qarşı ittiham irəli sürüləcək. Məni də həbs edəcəklər”.

***

Arif Yunus prokurorluqda ifadə verməyə razılaşıb. Bu haqda "Azadlıq" radiosuna onun özü məlumat verib: "Qapını açmırdım. Tələb edirdim ki, Leyla Yunus prokurorluqda vəkillə təmin olunsun. Xəbərdarlıq etdilər ki, açmasam, sındıracaqlar. Vəkil Xalid Bağırovla məsləhətləşəndən sonra qapını açdım. İndi vəkilin maşınında, bir nəfər prokurorluq əməkdaşı ilə istintaqa gedirik". 

Qaynar.info