Xəbər lenti

Leyla Yunusdan vəkillərə bir cümləlik məktub gəlib
Siyasət12:25 23.09.2014

Leyla Yunusdan vəkillərə bir cümləlik məktub gəlib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vəkil Elçin Qəmbərov sentyabrın 23-də Bakı İstintaq Təcridxanasına gedərək məhbus hüquq müdafiəçisi Leyla Yunusla görüşmək istəyib. Görüş baş tutmayıb.

 “Azadlıq” radiosuna danışan vəkil Xalid Bağırovun sözlərinə görə, Leyla Yunus onlara məktub göndərib. Məktub bir cümlədən ibarətdir: “Ayaqlarım ağrıyır, yeriyə bilmirəm”.

Vəkil tərəddüd içində olduqlarını da bildirir: “Leyla xanımın özü ilə təmasda olmadıqca, özünü görmədikcə nəsə deyə bilməyəcəyik. Bu kağızı o göndərib. Ancaq o hansı şəraitdə göndərib bilmirik. Bilmirik vəziyyəti nə qədər ciddidir, doğrudanmı görüşə gələ bilmir? On illik vəkil təcrübəmdə ilk belə haldır ki, dustaq səhhətinə görə görüşdən imtina edir”.//mediaforum.az

Qaynar.info