Xəbər lenti

"Liverpul"un sabiq qapıçısı: "Heç vaxt porno film çəkməmişəm"
İdman06:11 18.05.2023

"Liverpul"un sabiq qapıçısı: "Heç vaxt porno film çəkməmişəm"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Liverpul"un sabiq qapıçısı Peqqi Arphexad internetdə haqqında yayılan söz-söhbətlərlə bağlı açıqlama verib.
Qaynarinfo-nun məlumatına görə, keçmiş qapıçı bundan çox narahat olduğunu bildirib.
Gerard Hollyerin rəhbərliyi altında "Liverpul"da çıxış etmiş Peqqi İngiltərə komandasındakı karyerası ilə bağlı "Planet Football"a danışıb. "Liverpulda" oynadığı müddətdə heç vaxt ilk "11-lik"də meydana çıxmayan Arphexad o zamankı təcrübələrindən və futboldan sonrakı həyatı haqqında fikirklərini bölüşüb:
"Liverpul”dan təklif alanda Bred Fridelin müqaviləsi başa çatırdı və onlar Sander Vesterveldlə rəqabət aparmaq üçün yeni qapıçı axtarırdılar. "Liverpul" nəhəng klubdur, oradan təklif gəlirsə iki dəfə düşünməyəcəksiniz. Böyük arzularla qoşulduğum komandada əsas qapıçı olmaq istəyirdim. Sonra növbəti mövsüm Yerji Dudek və Kris Kirkland komandaya qoşulanda mən uzun müddət oynamadım. Bəlkə də "Liverpul” kimi böyük komandaya getməzdən əvvəl daha çox oynamalıydım, amma o zaman özümü inandırdım ki, aparıcı qapıçısı ola bilərəm.
Futbolu tərk etdikdən sonra sığorta işinə başladım. Hazırda oyunçuları və klubları sığortalayan şirkətdə çalışıram. Bunu xüsusilə qeyd etmək istəyirəm, kimsə internetdə porno film sənayesinə daxil olduğumu yazmışdı və bu söz-söhbət bir çox insanlar tərəfindən doğru kimi qəbul edildi. İnsanlar məni görəndə porno filmlər çəkib-çəkmədiyimi soruşurlar və bu, həqiqətən əsəbidir. Mən heç vaxt porno film çəkməmişəm və etməyəcəyəm. Mənim işim porno deyil, sadəcə sığortadır!”.
Səbuhi Həsənov