Xəbər lenti

Liviyada Rusiya muzdluları döyüşürmü? – Kremldən cavab
Siyasət15:06 26.12.2019

Liviyada Rusiya muzdluları döyüşürmü? – Kremldən cavab

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Liviya ərazisi bir sıra ölkələrin muzdlularının sığınacağına çevrilib". 
Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Liviyada Rusiya muzdlularının olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib.
Peskov əlavə edib ki, bu ölkə "bizə yaxşı tanış olan bir sıra dövlət” tərəfindən məhv edildikdən sonra oraya terrorçu elementlər də axın ediblər.
"Rusiya vətəndaşlarının güc dünyasında bu cür qarşıdurmalarda iştirak etməsi ölkə rəhbərliyini narahat edir, ancaq bütün vətəndaşların hərəkətlərinə nəzarət etmək mümkün deyil”, - Peskov əlavə edib.
Kremlin sözçüsü Suriyada kürdlərin nəzarətində olan həbsxanalarda Rusiyadan gələnlərin çox olduğunu, ancaq Fransa və digər Avropa ölkələrindən də muzdluların az olmadığını bildirib.