Azərbaycanda koronavirusla əlaqədar qapanmalara gedilməsi gözlənilmir.
Bunu ARB24-ün "Gündəm" verilişinə açıqlamasında həkim Ümud Səlimzadə deyib. O bildirib ki, avqustun 24-dən sonra yoluxma sayında azalmalar müşahidə ediləcək:
"Pandemiyanın əvvəlində koronaviruslu xəstələr üçün ayrılmış xəstəxanaların sayı 54 idi. Bu günləri belə xəstəxanaların sayı 18-dir. Onu 3 dəfə azaldıblar. Dolayısı ilə bizim tibb işçilərimiz də artıq bacarıqlıdırlar və bu xəstələrin hansının ağır, hansının yüngül olmasını bilirlər. Buna görə də fikirləşirəm ki, rezervimiz var. Artıq dünəndən sağalanların sayı da 900-1000 arasıdır.
3-cü məsələ isə odur ki, toy sezonu Məhərrəmlik ayının girməsi ilə əlaqədar azalmağa başladı. Toyların sayı təqribən 70-75 faiz aşağı düşdü. Məhərrəmlik ayının başlanğıcından, yəni avqustun 10-dan 14 gün sonra fikirləşirəm ki, bizdə yoluxma sayında azalmalar müşahidə olunacaq. Mənə elə gəlir ki, bunun fonunda qapanmalar görünməyəcək. İndiki halda qapanmalara gedilməyəcək. Bu, bizim xəstəxana və yer rezervimiz olduğu üçün gözlənilmir. Əgər məktəblərin açılması ilə bağlı yoluxma sayında kəskinləşmə olarsa, o zaman bu barədə təkrar danışmaq olar".
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/KQFxOSO6FCg" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">