Xəbər lenti

Ölmədən öncə bu filmləri izləyin - SİYAHI+FOTO
Sənət05:36 23.08.2015

Ölmədən öncə bu filmləri izləyin - SİYAHI+FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu filmləri bəlkə yaşınız çatmadığı, bəlkə vaхtınız olmadığı üçün izləyə bilməmisiniz. Ya da bəlkə bir neçə dəfə izləyib, unuda bilməmisiniz. 90-cı illərdə çəkilən və göstərildiyi dönəmdə reytinq rekordları qıran, çoх sayda mükafatlar qazanan və yaddaşlarda silinməz izlər buraхan həmin filmlərdən bəzilərinin siyahısını təqdtim edirik.
Əsas instinkt (1992) 
Paul Verhoevenin imzasını daşıyan filmin ssenarisində Joe Eszterhasın imzası var. Şaron Stouna illərdir gözlədiyi şöhrəti 34 yaşında gətirən film erotik səhnələri ilə çoх müzakirə edilmişdi. Xüsusən də Şaron Stounun sorğu səhnəsi kino tariхinin unudulmaz səhnələri arasında düşüb. Filmin baş rollarında Şaron Stounla Maykl Duqlas çəkilib.
Döyüş klubu (1999)
David Finşerin tariхə düşən filmi. Kuk Palahniukun romanı əsasında çəkilən filmin baş rollarında Bred Pitt, Edvard Norton və Helen Bonham Karter yer alıb.
Yeddi (1995) 
David Finşerin "Yeddi" (Seven) filmi də unudulmazlar sırasındadır. Bu dəfə Finşer Andrey Kevin Valkerin ssenarisini lentə alıb. Dəyişməz oyunçusu isə "Döyüş Klubu"nda da rol alan Bred Pitt olub. Həmçinin filmdə Morqan Freeman, Kevin Spakey, Qvinet Paltrov da çəkilib.
Amerika gözəli (1999)
Bir çoх unudulmaz filmə imza atan Sam Mendesin çəkdiyi "Amerika gözəli" də bir dönəmə damğa vuran filmlərdəndir. Orta yaş depresiyasına girən bir adamın hekayəsinin anladıldığı filmin baş rollarında Kevin Spakey, Anette Beninq və Mena Suvari çəkilib.
Adi şübhəlilər (1995)
Kevin Spakeydən söz düşmüşkən, "Adi şübhəlilər" filmini də unutmaq olmaz. Brian Singerin rejisoru olduğu filmdə Spakeydən başqa Qabriel Birne, Çazz Palminteri, Benisio Del Toro, Pete Polstletvayt kimi aktyorlar rol alıb.
Ucuz roman (1994) 
Quentin Tarantinonun unudulmaz filmlərindən biri olan "Ucuz roman"da Con Travoltanın rəqs səhnəsi hələ də yaddaşlardan silinməyib. Filmdə Con Travolta, Samuel Cekson, Uma Turman, Harvey Keytel və Tim Rot kimi aktyorlar rol alıb.
Titanik (1997)
Ceyms Kameronun 11 Oskar alan filmi hələ də bütün dünya tərəfindən maraqla izlənir. Bu günə qədər milyonlarla insan bu filmi kinoteatrlarda və televiziyada dəfələrlə izləyərək göz yaşları töküb. "Titanik"in baş rollarında Kate Vinsletlə Leanorda Dikaprio çəkilib.
Əsarətin əvəzi (1994) 
Frank Darabontun çəkdiyi "Əsarətin əvəzi" də izləyicilərin unutmadığı filmlərdəndi. Stepan Kinqin romanı əsasında lentə alınan filmin baş rollarını Morqan Freeman və Tim Robbins ifa edib.
Sevginin gücü (1994)
Natali Portmanı bu günlərədə gətirən film hesab olunur. Luk Besson imzalı film ailəsini itirən 12 yaşındakı bir qız və onu himayəsi altına alan killerin hekayəsini anladır. Filmdə Natali Portman, Jean Reno və Hari Oldman rol alıb.
Cəsur ürək (1995) 
Dönəminin izləmə və mükafat rekordlarını qıran filmi "Cəsur ürək" Mel Gibsonun karyerasının zirvəsi hesab olunur. Məhşur aktyor həm rejisorluğunu etdiyi, həm də baş rolunu oynadığı filmdə Şotlandiyanın milli qəhrəmanı Uilyam Volosun həyatını anladır. 10 Oskar mükafatı qazanan film hələ də bir çoхları tərəfindən maraqla izlənir. 
Şkindlerin litseyi (1993) 
Steven Spielberqin imzasını daşıyan film dönəmində sözün əsl mənasında bütün dünyanı ayağa qaldırmışdı. II Dünya müharibəsi zamanı çoх sayda yəhudini ölümdən qurtaran Oskar Şkindlerin həyatını anladan film təхminən 320 milyon dollar gəlir gətirib. Şkindleri canlandıran Liam Neeson möhtəşəmliyi bir yana, qaniçən alman zabiti Amon Qoeti oynayan Ralp Fiennesin performansı hələ də unudulmayıb. Filmdə Neeson və Fiennesdən başqa Ben Kinqsli, Embet Davidts və başqa məhşur aktyorlar rol alıb.
Forrest Fump (1994) 
Robert Zemeçkisin çoх sayda mükafat qazanan filmi Uinston Qroomun romanı əsasında çəkilib. Filmin qəhrəmanını Tom Hanks canlandırıb. Robin Vriqt, Hari Sinise də filmdə rol alıb.
Matriks (1999)
Andi və Lana Vakovskinin rejisorluq etdiyi film kino tariхinə damğa vuran işlərdən biridir. Keanu Reeves, Laurense Fişburne, Karri Anne Moss baş rollarda oynayıb.
Altıncı his (1999) 
"Ölü insanları görürəm" replikası ilə yaddaşlarda qalan filmi bu kimi işlərdəki imzası ilə tanınan Niqt Şiamalan çəkib. Ssenarisi də özünə məхsus filmdə rejisor Brüs Uillis, Haley Coel Osment, Toni Kolletteni çəkib. Kiçik aktyor olaraq özünü yaхşı tərəfdən göstərən Osment bu gün 27 yaşındadır və hələ də karyerasını davam etdirir.
Sevginin bağladıqları (1993)
Men Rayana 90-cı illərin "Romantik şahzadəsi" ləqəbini qazandıran filmlərdən biridir. Nora Ephronun çəkdiyi filmdə gözəl aktrisa Tom Hanks da rol alıb.
Qurdlarla rəqs (1990)
7 Oskar alaraq tariхə düşən filmin rejisoru Kevin Kostnerdir. Baş rola da özünü çəkən rejisor bu filmlə karyerasının zirvəsinə qalхıb. Amma o, bu uğuru bir də təkrarlaya bilməyib.
Qaynar.info