Xəbər lenti

"Lolita" rolunu canlandıran məşhur aktrisa vəfat etdi
Sənət09:41 28.12.2019

"Lolita" rolunu canlandıran məşhur aktrisa vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerikalı aktrisa Syu Layon 74 yaşında vəfat edib. 
Qaynarinfo xəbər verir ki, bu haqda sənətçinin yaxınları "The New York Times” qəzetinə bildirib. Aktrisa son vaxtlar səhhətində olan problemlərdən əziyyət çəksə də, xəstəliyin nə olması haqda heç nə deyilmir.
Layon 1962-ci ildə Stenli Kubrikin "Lolita" filmində çəkiləndən sonra dünya şöhrəti qazanıb. Bu roluna görə aktrisa Qızıl Qlobus mükafatı alıb.
Aktrisa "İquana gecəsi", "7 qadın" və s. filmləriylə də məşhurdur. Son işi 1980-ci ildə çəkilən "Alliqator” dəhşət filmində aldığı kiçik bir olub. Film karyerasını bitirdikdən sonra İspan dilindən dərs deyib.