Xəbər lenti

Londonda azərbaycanlı siyasi məhbuslara görə aksiya keçirilib
Siyasət12:49 18.11.2014

Londonda azərbaycanlı siyasi məhbuslara görə aksiya keçirilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Beynəlxalq tərəfdaşlıq qrupunun (hüquq-müdafiə və jurnalist QHT-lərinin koalisiyası) fəalları noyabrın 17-də Azərbaycanın Londondakı səfirliyinin qarısında piket keçiriblər. Aksiyanı Index on Censorship təşkil edib.

Hüquq müdafiəçisi Ramute Remeyzayte özünün Facebook səhifəsində yazıb: “Bu gün Londonda Azərbaycandakı yüz siyasi məhbus adına yüz şam yandırdıq. Dostlarım İntiqam Əliyev, Rəsul Cəfərov, Emin Hüseynov və Anar Məmmədli də onların arasındadılar. Bu aksiyalar bütün Avropada təşkil olunur. Britaniya polisi əla davrandı – bizə “yaxşı etiraz aksiyası” arzuladı. Belə bir etiraz aksiyası heç vaxt Bakıda  baş tutmazdı”.

Qeyd edək ki, Brüssel, Varşava və Avropanın digər ölkələrində oxşar aksiyalar keçirilib.

Qaynar.info