Kriminal aləmdə "Lotu Quli” kimi tanınan Nadir Səlifov Bakıda son mənzilə yola salınacaq.
Qaynarinfo Lent.az-a istinadən xəbər verir ki, N.Səlifov Bakıxanov qəbiristanlığında (Razin) atasının məzarının yanında dəfn ediləcək.
***08:56
Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyədə qətlə yetirilib.
Qaynarinfo-nun Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Antalyada şam etdiyi zaman yaxınları tərəfindən sui-qəsdə məruz qalıb.
Loti Qulinin başından 4 güllə yarası aldığı bildirilir.
O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, onu öldürən şəxs də yaralanıb və hadisə yerindən qaçmağa müvəffəq olub. Ancaq cinayətkar Antalya-Dənizli yolunda polislər tərəfindən saxlanılıb.
<iframe src="https://player.baku.tv/embed/23499" width="560" height="315" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="">