KTMT Baş katibi Stanislav Zas fevralın 2-də təkrarən bildirib ki, müharibə zamanı Ermənistandan KTMT-yə hərbi yardım barədə hər hansı müraciət etməyib, buna görə də heç bir mexanizm işə salınmayıb. O, 9-10 Noyabr üçtərəfli bəyanatını alqışlayıb. "Lragir” nəşri yazır ki, KTMT müharibə başlayandan bəri müdaxilə etməyəcəyini, daha dəqiq desək, Ermənistanı dəstəkləməyəcəyini açıq şəkildə bildirmişdi.
"Kənardan hərbi əməliyyatların Ermənistan ərazisi ilə əlaqəli olmamasını səbəb kimi göstərmək cəfəngiyyatdır. Birincisi, Ermənistan ərazisinə dəfələrlə hücum olub, ikincisi, üçtərəfli bəyanatın altında KTMT üzvü olan Ermənistanın imzası var.
KTMT ilə yanaşı, Rusiya eyni zamanda Ermənistan qarşısında təhlükəsizlik müqaviləsi öhdəliklərini yerinə yetirməkdən imtina edib. Ermənistanın keçmiş təhlükəsizlik sistemi artıq keçmişdə qalıb. Moskvanın bu qərarını münasibət bildirərkən Nikol Paşinyan sərhəddə baş verənlərə toxunaraq "Ermənistanın yeni təhlükəsizlik sistemi”nin yaradılması kimi təqdim edib.
KTMT üzvü olan Rusiya, Belarus və Qazaxıstan həm hərbi, həm də 2015-ci ildə başlanan Rusiya-Türkiyə razılaşmalarının və Lavrov planının həyata keçirilməsi baxımından 2020-ci il müharibəsindən birbaşa faydalananlardır. Üstəlik, hazırda buna şübhə yoxdur, gələcəkdə isə 2020-ci il müharibəsinin Rusiya və Türkiyə Baş Qərargahlarının ortaq bir planlaması olduğu ortaya çıxacaq.
KTMT və Ermənistan-Rusiya razılaşmaları istəsək də, istəməsək də artıq keçmişdə qaldı. Sözdə yeni təhlükəsizlik sistemi, Ermənistan ərazisinin Rusiya-Türkiyə arasında bir neçə protektoratlara bölünməsindən başqa bir şey deyil.
Öz növbəsində, sözdə 6-lıq Platforması adlanan Rusiya-Türkiyə təklifi Ermənistanın hesabına "təhlükəsizlik və əməkdaşlıq” qurmaq və müharibənin nəticələrini daha geniş miqyasda "qanuniləşdirmək” cəhdindən başqa bir şey deyil, bu da erməni dövlətçiliyinin itirilməsinə gətirib çıxaracaq.
Bu şəraitdə Ermənistanın təhlükəsizlik siyasəti NATO üzvlüyünə və ya əlavə təhlükəsizlik zəmanəti ilə xüsusi statusa yönəlməlidir. Gürcüstana gəlincə, NATO-nun belə niyyətləri var və bu mənada bu təhlükəsizlik sistemi çərçivəsində Ermənistan-Gürcüstan "dostluğu” gücləndirilə bilər. Rusiya-Türkiyə razılaşmasının aləti halına gələn İrana gəlincə, Moskvanın verdiyi "tranzit maraqlar”ın gülünc vədləri, şimal-cənub kommunikasiya ünsiyyəti ambisiyaları fonunda inandırıcı olmamalıdır. İran problemin bu istiqamətində Ermənistana lazımdır, Ermənistanın isə NATO-ya inteqrasiyası bu yolda əlavə təhlükəsizlik zəmanəti verəcək.
Postsovet məkanında dolaşan münaqişələrin NATO üzvlüyü və ya xüsusi status yolunda bir maneə olduğu tezisi ittifaq qərarları ilə aradan qaldırıla bilər. Ancaq bu əngəllə qarşı-qarşıya gələndə də qeyd etmək lazımdır ki, Putin özü artıq münaqişə olmadığını bildirib və İlham Əliyev də onun bu ifadəsini təkrarlayıb.
Potensial təhlükəsizlik riskləri ilə bağlı narahatlıqlar bir sıra amillərlə aradan qaldırılır. Rusiyanın Türkiyə ilə işbirliyinin "yeni siyasəti” 2015-ci ildə Ermənistanın AİƏT qurumuna qoşulmasından, Rusiya ilə bir sıra yeni hərbi müqavilələr, o cümlədən Ermənistan-Rusiya birgə hava müdafiəsi və ortaq hərbi kontingent barədə razılaşma imzalamasından dərhal sonra mümkün oldu və başlanıldı. Bütün bunlar müharibə dövründə tamamilə "özünü büruzə verdi”.
Tək-tük olsa da bir sıra ekspertlər, hələ illər öncə Ermənistanın birtərəfli siyasətinin nəticələri barədə xəbərdar edirdilər”, - deyə nəşr yazıb.
Mənbə: Ordu.az