Uyğunluğun qiymətləndirilməsi və sertifikatlaşdırma sahəsində dünya lideri olan LRQA-nın (Lloyd s Register) regional meneceri 17-18 mart tarixlərində Azərbaycana səfər edəcək.
Qaynarinfo xəbər verir ki, səfərin məqsədi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi, İSO 10002:2018 Müştəri məmnunluğu və şikayətlərin idarəedilməsi sistemi, İSO 37001:2016 Rüşvət Əleyhinə İdarəetmə Sistemi və İSO 26000 Sosial məsuliyyət sahəsində sertifikatlarının təqdim edilməsi mərasimində iştirak etməkdir.
Səfər bir sıra dövlət və aparıcı kommersiya təşkilatlarının dəvəti ilə reallaşacaq.